Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gələcəyə inamla və İlhamla!

0

  •                 XX əsrin sonlarında
    Azərbaycan tarixində həm siyasi həm də iqtisadi cəhətdən mürəkkəb bir dövr olsa
    da, böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat
    səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq aləmdə
    nüfuzunun artması, cəmiyyətdə dövlətçilik ənənələri güclənməsi və müasir
    sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilməsi kimi də
    yadda qalmışdır. Ölkənin iqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə
    imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş,
    təhlükəsizliyin təmini üçün böyük imkanlar yaratmışdır.

            Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030:
    sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında
    sərəncamı da növbəti illərdə respublikamızın əsas sosial-iqtisadi inkişaf
    istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməklə əldə
    olunan uğurların miqyasının, həmçinin həcminin genişləndirilməsi məqsədi
    daşıyır. Sözügedən sərancamla növbəti 2030-cu ilədək ölkənin sosial-iqtisadi
    inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura
    Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik,
    inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması,
    respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz
    ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan
    ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətləri daxil
    edilib. Qeyd edilən milli prioritetlər, təbii ki, biz Xocalıların hayatında da
    xüsusi əhəmiyyət kəsb edir. Davamlı və yüksək iqtisadi artım vətəndaşların
    həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və
    yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlir yüksək
    səviyyədə gerçəkləşdirilir.

              Bütün bu uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və
    multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan
    Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu
    ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin
    möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial
    rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan
    dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar
    iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

            Biz Xocalılar da əminliklə deyə bilərik ki, qarşıdakı onillikdə də cənab
    Prezidentin ətrafında sıx birləşəcəyik. Bu ölkənin vətəndaşı kimi qazanılan hər
    uğurun, vurulacaq dəmir yumruğun bir parçası olacağıq!

    Fiqurə Rüstəmova,

    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib53 dəfə
    Gələcəyə inamla İlhamla!

    Maraqlı gələ bilər
    50
    44